STİLİNİZİ SEÇİN

TEMA SEÇİN

RƏNG PALİTRASI

İnci Qəmbərova

İnci Qəmbərova. 24.04.2002 'ci ildə Babək rayonunda anadan olmuşdur. Ümumi orta təhsilini bitirdikdən sonra 2017-ci ildə Naxçıvan Dövlət Texniki kollecində "Baytarlıq" ixtisasında təhsil almışdır. Həmin təhsil müddətində tələblər arasında "Rəssamlar birliyinin sədri" vəzifəsində olmuş, bir çox sərgilər təşkil etmiş və iştirakçısı olub. Sərgilərdə I, II, III yerlərin qalibi olub. 2021'ci ildə həmin ixtisası bitirib Naxçıvan Dövlət Universiteti, İncəsənət Fakültəsi Təsviri İncəsənət Müəllimliyi ixtisasına qəbul olmuşdur. Təhsildə yüksək nailiyyətlərimə görə 2023'cü ildə "Səttar Bəhlulzadə fəxri adına", 2024'cü ildə isə Heydər Əliyev tələbə təqaüdünə laiq görülmüşdür. 4 illik təhsil müddətində bir çox sərgilərdə fəal iştirak etmiş, 50'ə yaxın Diplom, Təşəkkürnamə, Sertifikat və Fəxri fərmanla təltif olunmuşdur. 10.06. 2025 tarixində "Zərif iz və şagird yaradıcılığı" fərdi sərgisini keçirib. 2025'ci ildə Naxçıvan Dövlət Universitetini fərqlənmə diplomu ilə bitirib. Həmin il Müəllimlərin İşə Qəbulu imtahanından yüksək nəticə toplayaraq Babək rayon Məzrə kənd tam orta məktəbində və Naxçıvan Dövlət Universiteti nəzdində Gimnaziyada Təsviri İncəsənət müəllimi vəzifəsində fəaliyyət göstərir. Həmçinin Naxçıvan İstedad kurslarında Rəsm müəlliməsidir. Rəssam və müəllimdir

Uğurlarının bəziləri:

2018'ci ildə "İdeal ailənin formulu :ənənəvi dəyərlər və müasirlik" mövzusunda keçirilən 5 muxtar respublika rəsm müsabiqəsində 1ci yerə laiq görülüb.

"İdeal ailənin formulu - ənənəvi dəyərlər və müasirlik" 6cı muxtar respublika rəsm müsabiqəsində həvəsləndirici, NDTK da "Novruz bayramı" na həsr olunmuş sərgidə 1ci yer,

Rəssamlar birliyində "31 mart 2019 Azərbaycanlıların soyqırımı günü" 1ci yer, Rəssamlar birliyində "Qarabağ Azərbaycandır!" rəsm müsabiqəsində 1ci yer.

17.05.2024 NMR Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi və NMR Rəssamlar birliyinin keçirdiyi "İdeal ailənin formulu : ənənvi dəyərlər və müasirlik" sərgisində 1ci yer,

Zen psixoterapiya mərkəzinin təşkil etdiyi "Rəsm analizi" nəzəri və praktiki təlimdən Tətbiqedici sertifikat

2022-2023 Səttar Bəhlulzadə adına Tələbə Təqaüdü

2024 Yüksək fəaliyyətlərə görə Heydər Əliyev tələbə təqaüdçüsü.