STİLİNİZİ SEÇİN

TEMA SEÇİN

RƏNG PALİTRASI

Xədicə Yüzbaşıyeva

Mən, Yüzbaşıyeva Xədicə Zəzayıl qızı 30 aprel 1997 – ci ildə Babək Rayon Böyükdüz kəndində anadan olmuşam. Orta təhsilimi 2003- 2014 cü illərdə Böyükdüz kənd tam orta məktəbində almışam. 2015 – ci ildə Naxçıvan Dövlət Üniversitetinin İncəsənt fakültəsinin Təsviri İncəsənət müəllimliyi ixtisasına qəbul olmuş, 2019 - cu ildə həmin ixtisası bitirmişəm. Universitetdə oxuduğum müddətdə üniversitet daxilində keçirilən sərgilərdə fəal iştirak etmişəm. 2019 – cu ilin noyabr ayından Kəngərli Rayon Mədəniyyət Sarayında  Tərtibatçı – rəssam vəzifəsində işləyirəm. 13 may 2022 – ci il tarixdə keçirilən “İdeal ailənin formulu: ənənəvi dəyərlər və müasirlik” mövzusunda IX muxtar respublika rəsm müsabiqəsində I yer tutduğum üçün təltif edilmişəm. Yeni Azərbaycan Partiyasının 30 illik münasibətilə “Dünənin, bu günün və gələcəyin partiyası” adlı yaradıcılıq müsabiqəsində  iştirakıma görə təltif olunmuşam. 07 oktyabr 2022 – ci il tarixdə keçirilən Məhdud fiziki imkanlıların və isdedadlı qadınların rəsm və əl işlərindən ibarət  sərgi – satışı çərçivəsində  “Ən yaxşı əl işi” müsabiqəsinin  Sənətkarlıq – rəssamlıq nominasiyası üzrə II yer tutduğuma görə təltif olunmuşam. 18 noyabr 2022 – ci il tarixdə Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyin keçirdiyi “Əl işləri sərgi – müsabiqəsin”də fərqləndiyimə görə təltif edilmişəm. 04 noyabr 2025 – ci il tarixdə 8 noyabr – Zəfər Gününün 5 – ci ildönümü ilə əlaqədar “Zəfərin gəncliyi: Kəngərli – 2025” adlı festivalda iştirakıma görə təltif olunmuşam. 31 yanvar 2025 – cil tarixdə Gənclər Günü münasibətilə, incəsənt sahəsində göstərdiyim yüksək peşekarlıq, sərgilərin təşkili və sənədsevərlərə ilham verən yaradıcılığma görə təltif edilmişəm. 29 dekabr 2025 – ci ildə “Konstitusiya və Suverenlik İli” münasibətilə keçirilən sərgidə fəal iştirakıma görə təltif edilmişəm. 2026 – cı ildə isə Naxçıvan Rəssamlar Birliyinin “Gənc rəssamlar bölməsinin” üzvü olmuşam.