STİLİNİZİ SEÇİN
TEMA SEÇİN
RƏNG PALİTRASI
STİLİNİZİ SEÇİN
TEMA SEÇİN
RƏNG PALİTRASI
Qəmər Seyidova Əsəd qızı. Babək Rayon Şəkərabad kəndi tam orta məktəbində təhsil almışdır. 9-cu sinifdən Naxçıvan Musiqi Kollecinə qəbul olunaraq təhsilini burada davam etdirir. 2019-cu ildən Babək rayon uşaq gənclər yaradıcılıq mərkəzinin təsviri incəsənət dərnəyinin üzvü olub. Hal-hazırda Rəngkarlıq bölməsinin 3-cü kurs tələbəsidir. Bir çox sərgilərdə rəsimləri sərgilənib. 2025 Konstitusiya və Suverenlik ili çərçivəsində Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyi və Naxçıvan Dövlət Universitetinin nəznində Naxçıvan Musiqi kollecin birgə təşkilatçılığı ilə 2025-ci il B. Kəngərli adına sərgi salonunda. 1 iyun uşaqların Müdafiəsi Günü münasibətilə keçirilən Naxçıvan Musiqi Kollecinin 50 illik yubileyinə həsr olunmuş sərgi hissəsində iştirakına görə. Təşəkkürnamə. 2025-ci il “Konstitusiya və Suverenlik ili” çərçivəsində bu mövzu ilə bağlı gənclər arasında keçirilən 6-cı “incəsənət döyüşü” (Art Battle) adlı rəsim müsabiqəsində fərqləndiyinə görə fəxri fərmanla təltif edilib. 2025-ci il Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Naxçıvan Musiqi Kolleci Kollecin 50 illiyi münasibətilə keçirilən sərgidə fərqləndiyinə görə. Təşəkkürnamə. Naxçıvan şəhəri 14 may 2024-cü il “bookfest” Naxçıvan kitab sərgisində “Naxçıvanın tərənnümü” etüd-sərgidə fəal iştirakına görə fəxri fərmanla təltif edilib. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Naxçıvan Dövlət Universiteti nəznində Naxçıvan Musiqi Kollecinin birgə “Narkotik vasitələrin psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi” və “Narkomanlığın qarşı mübarizə”yə dair keçirilmiş təbliğat xarakterli tədbirlərdə göstərdiyi fəallığa görə təltif olunub. 2022-ci il Babək rayon təhsil şöbəsi Babək rayon ümumi təhsil məktəblərinin şagirdləri arasında 26 fevral “Xocalı soyqırımı”nın 31-ci il dönümünə həsr olunmuş “Qanla yazılan tariximiz” mövzusunda keçirilən rəsim müsabiqəsində 2 yer qalibi. 2019-cu il Babək rayon uşaq gənclər yaradıcılıq mərkəzinin məktəblər arası keçirilən rəsim müsabiqəsində sərgiləndiyinə görə təşəkkürnamə ilə təltif olunur. 2026- cı ilde 02 fevral gənclər gününe həsr olunan "gələcək bizimlə gələcək" adlı sərgidə iştirak etmişdir. Naxçıvan MR Rəssamlar Birliyinin Gənc rəssamlar şöbəsinin üzvüdür. Naxçıvan MR-da keçirilen bir çox sərgi və müsabiqələrdə iştirak etmişdir.