STİLİNİZİ SEÇİN
TEMA SEÇİN
RƏNG PALİTRASI
STİLİNİZİ SEÇİN
TEMA SEÇİN
RƏNG PALİTRASI
Mən, Aytən Quliyeva – həm rəssam fırçasının zərifliyini, həm də pedaqoqun məsuliyyətini çiyinlərində daşıyan gənc müəllim və gənc rəssam. 1998-ci ilin 16 martında özündə tarixin izini daşıyan,ruhu incəliklə yoğrulmuş Naxçıvan torpağında dünyaya göz açmışam. Təhsilə ilk addımlarımı Heydər Əliyev adına tam orta məktəbdə ataraq, elmin mənəvi zənginliyini kəşf etmiş, həyat yolumu bu dəyərlər üzərində qurmuşam. 2015–2018-ci illərdə Tibb Kollecində “Müalicə işi” ixtisası üzrə təhsil alaraq,təbabətin sirlərinə yiyələnmiş oranı yüksək nəticələrlə bitirmiş və insanlara faydalı olma missiyasını həyat prinsipimə çevirmişəm. 2019-cu ildə həm əczaçı kimi fəaliyyət göstərmiş, həm də kompüter bilikləri üzrə ixtisasartırma təlimlərini tamamlayaraq bilik və bacarıq dairəmi genişləndirmişəm. Lakin daxilimdəki sənət eşqi və elmi tərəqqi məni yeni üfüqlərə səslədi. 2019-cu ildə Naxçıvan Dövlət Universitetinin Təsviri İncəsənət müəllimliyi ixtisasına daxil olmuş nümunəvi tələbə kimi yüksək qiymətlərlə 2023-cü ildə ali təhsilimi başa vurmuşam.Tələbəlik illərim yalnız universitet auditoriyalarında keçməmiş, universitet daxili və rəssamlar birliyinin təşkil etdiyi bir çox müxtəlif tədbir və sərgilərdə iştirak edərək diplom və sertifikatlarla təltif olunmuşam. Eyni zamanda tələbə olduğum müddət ərzində Duyğu Education tədris mərkəzində rəsm müəllimi kimi pedaqoji fəaliyyətə başlamışam. Bu yol mənim üçün müəllimlik və sənətin vəhdətini daha dərindən dərk etməyə imkan yaratdı,bununla yanaşı sənətə olan məhəbbətimi və müəllimlik missiyama olan inamımı daha da möhkəmləndirmiş,öyrətməyin müqəddəsliyini hiss etdirmişdir. 2022-ci ildə öz xəyallarımın təməlini qoyaraq şəxsi hazırlıq kursumu təsis etmiş, yaradıcılıq dünyama yeni nəfəs gətirmişəm. Hazırda Qarabağ tədris mərkəzinin təsisçisi və uşaqların yaradıcılıq qabiliyyətlərini inkişaf etdirməyə yönəlmiş ideyası mənə məxsus olan Artflow əyləncə məkanının’da qurucusuyam.5 illik pedaqoji fəaliyyətim ərzində 400-ə yaxın şagird və tələbə ilə işləyərək onların inkişaf yolunda iz buraxmağın qürurunu yaşamış onların həyatına toxunmaq şərəfinə nail olmuşam. 2025-ci ildə müəyyən müddət Autizm Mərkəzində (Autizmli Uşaqlara Dəstək İctimai Birliyi) art-terapevt kimi fəaliyyət göstərmiş, xüsusi qayğıya ehtiyacı olan uşaqların dünyasını rənglərlə işıqlandırmışam. 2026 cı il’də isə Naxçıvan Rəssamlar ittifaqının “Gənc rəssamlar bölməsinin”üzvü olmuşam. Halhazırda öz kursumda fərdi və qrup şəklində öz dərslərimi tədris edirəm.Hər bir dərsimdə bilik, sevgi, anlayış və sənətin ilhamverici ruhunu birləşdirirəm. Uşaqlıqdan bəri ən böyük arzum hərkəs tərəfin’dən peşəmi laiqi ilə yerinə yetirdiyim üçün peşəkarlıqım və nəticələrim ilə tanınan sevilən və dəyər verilən bir müəllim olmaq idi. Bu gün həmin arzunun gerçəkləşdiyini görmək mənim üçün həm xoşbəxtlik, həm də mənəvi məsuliyyətdir. Sənətə və müəllimliyə olan sevgim mənə hər gün ilham verir. Bəli bunu unutmayaq ki”Sevgi ilə görülən hər bir iş, özündə qaçılmaz olaraq uğurun izini daşıyır.”