STİLİNİZİ SEÇİN
TEMA SEÇİN
RƏNG PALİTRASI
STİLİNİZİ SEÇİN
TEMA SEÇİN
RƏNG PALİTRASI
Gövhər Hüseynəliyeva Elnur qızı. Babək rayon Məzrə kənd tam orta məktəbinin məzunudur. Təhsil aldığı müddətdə bir çox sərgilərdə iştirak etmişdir. 2023-cü ildə Naxçıvan Musiqi Kollecinin Rəngkarlıq ixtisasına qəbul olunmuşdur. Hal-hazırda həmin kollecin 3-cü kurs tələbəsidir. Nailiyyət və mükafatlar: 2022-ci il – Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin B. Kəngərli adına Sərgi Salonunda keçirilən “İRS – Mənim yay tətilim” adlı ənənəvi uşaq sərgisində iştirakına görə təşəkkürnamə. 2022-ci il – Naxçıvan MR Mədəniyyət Nazirliyi tərəfindən keçirilən “Milli dəyərlərimiz ornamentlərdə” adlı rəsm müsabiqəsinin I yer qalibi. 2022-ci il – Naxçıvan MR Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən “Əl işləri” sərgi-müsabiqəsinin I yer qalibi. 2023-cü il – Azərbaycan Respublikası Naxçıvan MR Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş rəsm müsabiqəsinin I yer qalibi. 2023-cü il – Babək rayon Təhsil şöbəsinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illiyi ilə əlaqədar Babək rayon ümumtəhsil məktəblərinin şagirdləri arasında keçirilən rəsm müsabiqəsinin I yer qalibi. 2023-cü il – Babək rayon Təhsil şöbəsi tərəfindən, 26 fevral Xocalı soyqırımının 31-ci ildönümünə həsr olunmuş “Qanla yazılan tariximiz” mövzusunda keçirilən rəsm müsabiqəsinin I yer qalibi. 2023-cü il – Mədəniyyət Nazirliyi Naxçıvan Dövlət Rəsm Qalereyasında keçirilən “Rəssamların fırçasında əbədiləşən diyar – Naxçıvan” adlı rəsm müsabiqəsinin II yer qalibi. 2023-cü il – Naxçıvan Dövlət Rəsm Qalereyasında keçirilən “Rəssamların fırçasında əbədiləşən diyar – Naxçıvan” adlı rəsm müsabiqəsində fəal iştirakına görə Fəxri fərman ilə təltif olunmuşdur. 2026- cı ilde 02 fevral gənclər gününe həsr olunan "gələcək bizimlə gələcək" adlı sərgidə iştirak etmişdir. Naxçıvan MR Rəssamlar Birliyinin Gənc rəssamlar şöbəsinin üzvüdür. Naxçıvan MR-da keçirilen bir çox sərgi və müsabiqələrdə iştirak etmişdir.