STİLİNİZİ SEÇİN
TEMA SEÇİN
RƏNG PALİTRASI
STİLİNİZİ SEÇİN
TEMA SEÇİN
RƏNG PALİTRASI
Məriyəm Əlquliyeva Vaqif qızı. Naxçıvan şəhər Heydər Əliyev adına tam orta məktəbində təhsil almışdır. 9-cu sinifdən Naxçıvan Musiqi Kollecinə qəbul olunaraq təhsilini burada davam etdirir. 2019-cu ildən Naxçıvan şəhər Ərtoğrul Cavid adına musiqi məktəbinin incəsənət dərnəyinin üzvü olub. Hal-hazırda Rəngkarlıq bölməsinin 3-cü kurs tələbəsidir. Bir çox sərgilərdə rəsmləri sərgilənib. 2024-cü ildə “BOOKFEST” Naxçıvan Kitab Sərgisində “Naxçıvanın tərənnümü” etüd-sərgidə fəal iştirakına görə təltif edilib. 2025-ci ildə Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin və Naxçıvan Musiqi Kollecinin birgə təşkilatçılığı ilə “ Konstitusiya və Suverenlik İli “ çərçivəsində, Naxçıvan Musiqi Kollecinin 50 illik yubileyi münasibətilə B.Kəngərli adına Sərgi Salonunda keçirilən “Rəng gənclərin gözü ilə “ adlı sərgidə iştirakına görə təltif edilib. 2025-ci ildə Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyi və Naxçıvan Dövlət Universiteti nəzdində Naxçıvan Musiqi Kollecinin birgə təşkilatçılığı ilə Konstitusiya və Suverenlik İli çərçivəsində B.Kəngərli adına Sərgi Salonunda 1 iyun Uşaqların Müdafiəsi Günü münasibətilə keçirilən Naxçıvan Musiqi Kollecinin 50 illik yubileyinə həsr olunmuş Sərgi-Konsertdə iştirakına görə təltif edilib. 2025-ci ildə “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş “Rəsmlərdə yaşayan zəfər salnaməsi” adlı rəsm müsabiqəsində I yeri tutduğuna görə təltif edilib. 2025-ci ildə Kollecin 50 illiyi münasibətilə keçirilən sərgidə fərqləndiyinə görə təltif edilib. 2026-cı ildə Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına sərgi salonunda keçirilən “Gələcək sizinlə gələcək” adlı hesabat sərgisində iştirakına və Gənc Rəssamlar Birliyinə üzv seçildiyinə görə təltif edilib. Naxçıvan MR Rəsamlar Birliyinin Gənc Rəssamlar Şöbəsinin üzvüdür. Naxçıvan MR- da keçirilən bir çox sərgi və müsabiqələrdə iştirak etmişdir.