STİLİNİZİ SEÇİN
TEMA SEÇİN
RƏNG PALİTRASI
STİLİNİZİ SEÇİN
TEMA SEÇİN
RƏNG PALİTRASI
YUSİF QASIMLININ “HƏR KƏSİN ÖZ RƏNGİ VAR" adlı fərdi sərgisi açılıb.
Naxçıvan Muxtar Respublikası İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) və Naxçıvan MR Rəssamlar Birliyinin birgə keçirdiyi 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə gənc rəssam YUSİF QASIMLININ “HƏR KƏSİN ÖZ RƏNGİ VAR" adlı fərdi sərgisi açılıb. Sərgi çərçivəsində gənc rəssamın əsərlərindən ibarət albom-kataloqun təqdimatı da keçirilib. Tədbiri giriş sözü ilə Azərbaycan Respublikasının Milli Məclisinin deputatı, Mədəniyyət Komitəsinin sədr müavini, Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri Ülviyyə Həmzəyeva açmışdır. Öz çıxışında sərginin keçirilmə məqsədindən, dövlət qayğısından və müəllifdən bəhs etmişdir. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Günay Rzayeva öz çıxışında Uşaq hüquqlarının təmin edilməsi barəsində və günün özəlliyindən geniş çıxış etmiş və ombudsman aparatı tərəfindən hazırlanmış kataloq təqdimatını keçirmişdir. Azərbaycan Respublikasının dövlət uşaq siyasətindən bəhs edən videoçarx izlənilmişdir. Azərbaycan Respublikasının Milli Məclisinin deputatı, Azərbaycan Autizm Assosiasiyasının Prezidenti,Türk Dövlətləri Autizm Federasiyasının baş katibi, Paralimpiya komitəsinin idarə heyətinin üzvü, Qadınların İnkişafına və Maarifləndirilməsinə Dəstək İctimai Birliyi İdarə Heyətinin fəxri üzvü Jalə Əhmədovanın autizm sindromlu balaca rəssamın ünvanına video - təbrik izlənilmişdir. Tədbirdə həmçinin Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova, Naxçıvan Muxtar Respublikası təhsil nazirinin müavini, nazir vəzifələrini müvəqqəti icra edən Elxan Nəcəfov, Naxçıvan Muxtar Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini, nazir vəzifələrini müvəqqəti icra edən Fərid Bağırzadə, Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin aparat rəhbəri Vəli Səfərov çıxış etmişlər. Sonra, rəssamın ailə üzvüləri göstərilən diqqətə görə minnətdarlıq edib və “MƏNİM RƏNGLİ DÜNYAM” adlı sərgi ekspozisiyasına baxış olub. Sonda, xatirə şəkli çəkdirilmişdir. Qeyd: Tədbir-sərgidə Naxçıvan Muxtar Respublikası İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombusdmanın), Rəssamlar Birliyinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Əmək və Əhalinin Sosial Müdafiəsi, Mədəniyyət və Təhsil nazirliklərinin əməkdaşları, həmçinin sağlamlıq imkanları məhdud uşaqlar və ailələri iştirak edib.