STİLİNİZİ SEÇİN
TEMA SEÇİN
RƏNG PALİTRASI
STİLİNİZİ SEÇİN
TEMA SEÇİN
RƏNG PALİTRASI
Əməkdar rəssamı Telman Abdinovun 70 illik yubileyinə həsr olunmuş “Rənglərin dinamikası” adlı fərdi yaradıclıq sərgisi təşkil olunub.
Naxçıvan Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına Sərgi Salonunda Naxçıvan Muxtar Respublikasının 100 illiyinə və Azərbaycan Respublikasının Əməkdar rəssamı Telman Abdinovun 70 illik yubileyinə həsr olunmuş “Rənglərin dinamikası” adlı fərdi yaradıclıq sərgisi təşkil olunub. Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri, Milli Məclisin Mədəniyyət Komitəsinin sədr müavini, Ülviyyə Həmzəyeva tədbiri giriş sözü ilə açaraq rəssamın yaradıcılıq fəaliyyətindən geniş bəhs edib. Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Fazil Mustafanın rəssamın yubiley tədbirinə göndərdiyi təbrik məktubu oxunub və Azərbaycan Rəssamlar İttifaqının sədri Fərhad Xəlilovun təbriki çatdırıldıqdan sonra, AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev yubilyarın yaradıcılığında Naxçıvan mövzusunun xüsusi yer tutduğunu qeyd edib, rəssama yeni yaradıcılıq uğurları arzulayıb. Tədbirdə, Naxçıvan Müəllimlər İnstitutunun rektoru Azad Novruzov, Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri Asim Yadigar, “Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri Sahil Tahirli, Heydər Əliyev Muzeyinin direktoru Ramil Orucəliyev, M.T. Sidqi adına Kukla Teatrının direktoru Şirzad Abutalıbov, Xalq artisti Kamran Quliyev, Xalq rəssamı Hüseynqulu Əliyev və digər çıxış edənlər Telman Abdinovun yaradıcılığını yüksək qiymətləndirib, rəssamın portret, təbiət, eləcə də digər mövzularda işlədiyi kompozisiyaların gənc rəssamlarımız üçün də ilham mənbəyi ola biləcəyini qeyd ediblər. Sərgidə rəssamın 60-dan çox rəsm əsəri nümayiş olunur və həftə boyunca ictimaiyyətə açıqdır!
Foto reportaj: Murad Allahverdiyev