STİLİNİZİ SEÇİN

TEMA SEÇİN

RƏNG PALİTRASI

Şəmsəddin Böyükdüzlünün Şəhidlərimizə həsr olunan sərgisi təşkil olunub

Sərgi

Şəmsəddin Böyükdüzlünün Şəhidlərimizə həsr olunan ikinci sərgisi təşkil olunub

16 avqust Naxçıvan MR Rəssamlar Birliyinin B.Kəngərli adına Sərgi Salonunda, Rəssamlar Birliyinin və Sosial Müdafiə Nazirliyinin birgə təşkilatçılığı ilə həvəskar rəssam  Şəmsəddin Böyükdüzlünün, Şəhidlərimizə həsr olunan ikinci sərgisi təşkil olunub. "Unudulmaz şəhidlər" adı altında keçirilən sərgi ekspozisiyasında 12 şəhid portreti sərgilənmişdir.

Sərgini giriş sözü ilə Naxçıvan Rəssamlar Birliyinin Sədri Ülviyyə Həmzəyeva açaraq, şəhid ailələrini salamlamış, rəssam və sərginin mahiyyəti barəsində geniş məlumat vermişlər.

Sonra Sosial Xidmətlər Agentliyinin idarə heyətinin sədr müavini Naib Əlizadə, Sosial Xidmətlər Agentliyinin Şəhid ailələri və müharibə ilə əlaqədar olaraq əliliyi müəyyən edilmiş şəxslərlə iş şöbəsinin müdiri Üzeyir Məmmədov, Şəhid Hacıyev Şükür Bayram oğlunun anası Şükürlü Fatma  Ələsgər qızı, şəhid Bayramlı Cavid Əhliman oğlunun anası Rüstəmova Sədaqət Murtuz qızı, şəhid Amin Gülməmmədovun atası Mayıs Gülməmmədov çıxış ediblər.

Sonda şəhid ailələrinə portretlərin təqdimatı olub və Xatirə fotoları çəkdirilib.

Çəkilən Şəhidlərin portreti

Bayramlı Cavid Əhliman oğlu,

Məmmədov Tural Süleyman oğlu,

Qureşli Firuz Əli oğlu,

Tağıyev Azər Kamil oğlu,

Eyvazov Vüqar Eyvaz oğlu,

Həsənov Elməddin Elşən oğlu,

Əliyev Babək Əsgər oğlu,

Məmmədov Toğrul Səyyad oğlu,

Hacıyev Şükür Bayram oğlu,

İbrahimli Elçin Sadiq oğlu,

Zamanlı Məmməd Rəhman oğlu,

Əliyev Həbib Çingiz oğlu.

Qalereya