STİLİNİZİ SEÇİN

TEMA SEÇİN

RƏNG PALİTRASI

"Bizim yay tətilimiz "adlı rəsm sərgisi keçirib.

Sərgi

Naxçıvan Rəssamlar Birliyi və Təhsil Nazirliyi birgə Naxçıvan Muxtar Respublikasının 100 illiyinə və 15 sentyabr Bilik Gününə həsr olunan "Bizim yay tətilimiz "adlı rəsm sərgisi keçirib

Rəssamlar Birliyinin sədri Ülviyyə Həmzəyeva sərginin mahiyyəti barəsində, estetik zövqün inkişafı haqqında, həmçinin etik qaydalara uyaraq şəhərimizin tarixi xarakter daşıyan obyektlərinin qorunması mövzuda çıxış edib. Çıxış əsasında şagirdlərlə bu mövzuda müzakirə aparılıb.

Sərgidə iştirak edən nazirliyinin əməkdaşı şagirdləri təbrik edib və rəssam Nizami Məmmədov uşaq yaradıcılığının əhəmiyyətindən məlumat verib.

Sərgi ekspozisiyasında 35 məktəblinin 50 yaxın rəsmi sərgilənib. Uşaqlara təşkilatçılar tərəfindən təşəkkürnamələr verilib və sərgiyə baxış keçirilib.

Hər iştirak edən şagirdimizə gələcəkdə uğurlar arzu edir, sərginin qurulmasında zəhməti keçən hər kəsə təşəkkür edirik.

Foto reportaj Araz Xudiyev

Qalereya