STİLİNİZİ SEÇİN
TEMA SEÇİN
RƏNG PALİTRASI
STİLİNİZİ SEÇİN
TEMA SEÇİN
RƏNG PALİTRASI
18 oktyabr- Dövlət Müstəqilliyinin Bərpası Günü ilə əlaqədar sərgi keçirilmişdir
17 oktyabr 2024-cü il tarixində, Naxçıvan MR Rəssamlar Birliyinin B.Kəngərli adına Sərgi Salonunda 18 oktyabr- Dövlət Müstəqilliyinin Bərpası Günü ilə əlaqədar sərgi keçirilmişdir.
Sərgidən öncə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edildi.
Sərgini giriş sözü ilə VII çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Naxçıvan MR Rəssamlar Birliyinin sədri, Əməkdar rəssam Ülviyyə Həmzəyeva açaraq, sərginin önəmindən və ekspozisiya haqqında məlumat vermişdir. Həmçnin çıxışında qeyd etdi ki, əldə edilmiş müstəqilliyin qorunub saxlanılması, Azərbaycanın müstəqil dövlət olaraq dünya dövlətləri arasında nüfuzunun möhkəmləndirilməsi məhz Ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli liderimizin siyasətini və ideyalarını davam etdirən, daha üst səviyyəyə çıxaran möhtərəm Prezidentimiz İlham Əliyev hazırda çox böyük uğurlara imza atır. Bu uğurları davamlı olaraq biz həyatımızın bütün sahələrində görürük. 44 günlük ll Qarabağ müharibəsini şanlı qələbə ilə başa vurmağımız və Ermənistanın faktiki təslim olması bunun bariz nümunəsidir. Bu gün böyük iftixar hissi ilə deyə bilərik ki, biz artıq öz taleyimizin, öz ölkəmizin sahibiyik və Azərbaycanın dövlət müstəqilliyi əbədidir, daimidir və sarsılmazdır. 17 oktyabr Füzuli şəhəri günü və Laçın şəhərinin Mədəniyyət paytaxtı seçilməsi ilə əlaqədar sərgi iştirakçılarını təbrik etdi, 2020-ci ildə kədərli Gəncə tarixini yada salaraq, ermənistan tərəfindən həyata keçirilmiş terror aktında həyatını itirənləri rəhmətlə andı. Çıxışının sonunda Azərbaycanın Əməkdar rəssamı Fikrət Babayev tərəfindən çəkilmiş Şəhid Şükür Hacıyevin portreti rəssamla birlikdə anası Fatma xanıma təqdim olundu.
Portretin təqdimatından sonra Şəhid anası Fatma Hacıyeva, Ali Məclisin deputatları Şəhid Toğrul Məmmədovun qardaşı Üzeyir Məmmədov, Əməkdar rəssam Həbibə Allahverdiyeva və Şəhla Əhmədova Dövlət Müstəqilliyinin Bərpası Günü haqqında çıxış edərək, iştirakçıları və rəssamları təbrik etmişlər.
Sərgidə Heydər Əliyev adına Hərbi Liseyin kursantları, Naxçıvan Dövlət Universitetinin, Naxçıvan Müəllimlər İnstitunun, Naxçıvan şəhər Musiqi və İncəsənət məktəbinin müəllim və tələbə kollektivi iştirak etmişlər. Sonda xatirə fotoları çəkdirilib.
Sərgi ekspozisiyasında 13 rəssamın 36 əsəri nümayış olunmuşdur.
Sərgi 22 oktyabradək açıq olacaqdır.