STİLİNİZİ SEÇİN
TEMA SEÇİN
RƏNG PALİTRASI
STİLİNİZİ SEÇİN
TEMA SEÇİN
RƏNG PALİTRASI
"Zəfər günü" nə həsr olunmuş rəsm sərgisi keçirilib
07 noyabr 2024-cü il tarixində Naxçıvan Rəssamlar Birliyi 'nin B.Kəngərli adına sərgi salonunda "Zəfər günü" nə həsr olunmuş rəsm sərgisi keçirilib. Sərgi zamanı Şəhid Babək Əliyevin (rəssam Mətin Cəfərli) və Şəhid Təbriz Əsgərovun (rəssam Arzu Novruzov) portretləri ailə üzvlərinə təqdim edilib. Sərgidə incəsənət xadimləri, Heydər Əliyev adına Hərbi Liseyin kursantları, NDU-nin və NMİ-nun müəllim və tələbələri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Sərgi iştirakçılarına, təşkilatçılara və rəssamlarıməza sonsuz təşəkkür edirik!
Soydaşlarımızı Zəfər Günü münasibətilə ürəkdən təbrik edirik!
Foto reportaj Qala Naxçıvanlı