STİLİNİZİ SEÇİN

TEMA SEÇİN

RƏNG PALİTRASI

Naxçıvanda “Hisslərin yaddaşı” adlı  fərdi yaradıcılıq sərgisi açılıb

Sərgi

Naxçıvanda “Hisslərin yaddaşı” adlı  fərdi yaradıcılıq sərgisi açılıb

Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına Sərgi Salonunda Rəssamlar Birliyinin üzvü, art-terapist Mənsur Əsgərli -nin “Hisslərin yaddaşı” adlı fərdi yaradıcılıq sərgisi açılıb.

Tədbirə başlamazdan əvvəl Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Naxçıvan Rəssamlar Birliyinin sədri, Əməkdar rəssam Ülviyyə Həmzəyeva  rəssamın yaradıcılıq dünyasından bəhs edib. Rəssamın al-əlvan rənglərlə kətana köçürdüyü əsərlər içərisində Naxçıvan təbiətinin mənzərələri, milli dəyərlərimiz diqqəti çəkir. Vurğulanıb ki, rəssam yaradıcılığında portret janrına da yer ayırır.  Onun əsərləri arasında Vətənimizin azadlığı və suverenliyi uğrunda əziz canlarını qurban vermiş şəhidlərin portretləri xüsusi yer tutur.

Çıxış edənlərdən Əməkdar rəssamlardan  Telman Abdinov, Cavid İsmayılov, Həbibə Allahverdiyeva və başqaları rəssamın çoxşaxəli yaradıcılığından söz açaraq ona yaradıcılıq uğurları arzulayıblar.

Tədbirin sonunda rəssam Mənsur Əsgərli sərginin təşkilində göstərilən dəstəyə görə  Naxçıvan Rəssamlar Birliyinə və sərgiyə gələn qonaqlara təşəkkür edib.

Müəllifin “Şəhid İbrahim Qasımovun portreti”, “Şəhid Bağır Ələkbərovun portreti”, “Yuxu”, “Hisslərin yaddaşı”, “Xəyal”, “Müqəddəs torpaq”, “Şahə qalxanlar” və başqa əsərləri sərgidə yer alır.

Qeyd edək ki, fevralın 22-nə kimi davam edəcək “Hisslərin yaddaşı” sərgisində rəssamın 60-a yaxın əsəri nümayiş olunur.

Naxçıvan Rəssamlar Birliyi sərgi dövrü saat 20:00-ra dək açıqdır.

Yazı: Aida Ibrahimova

Foto reportaj: Araz Xudiyev

 

Qalereya