STİLİNİZİ SEÇİN
TEMA SEÇİN
RƏNG PALİTRASI
STİLİNİZİ SEÇİN
TEMA SEÇİN
RƏNG PALİTRASI
Xocalı soyqırımı qurbanlarının əziz xatirəsinə həsr olunur!
Xocalı soyqırımı Azərbaycan tarixinin qanlı səhifələrindən biri kimi nəinki xalqımıza bütün bəşəriyyətə qarşı törədilmiş ən ağır cinayətlərdən biridir. Faciənin 33-cü ildönümü Naxçıvan MR Rəssamlar Birliyi tərəfindən Azərbaycan Respublikasında yaşayıb-yaradan rəssamların əsərləri ilə "XOCALI: QARANLIQDAN-İŞIĞA" adlı onlayn formatda keçirilərək qeyd olunur.
Sərginin onlayn formatda keçirilmə məqsədi, hər kəs üçün əl çatan olması ilə bağlıdır. Bu vəsilə ilə həm rəssamların iştirakı, həmçinin tamaşaçının sərgini izləməsi daga asan olur.
Qeyd edək ki, sərginin kuratoru Naxçıvan Rəssamlar Birliyinin sədri, Əməkdar rəssam Ülviyyə Həmzəyevadır, onlayn albomu tərtib edənçisə NRB əməkdaşı, rəssam-dizayner Araz Xudiyevdir.
Sərgiyə 24 rəssam, 24 iş təqdim etmişdir.