STİLİNİZİ SEÇİN

TEMA SEÇİN

RƏNG PALİTRASI

Novruz Bayramına həsr olunmuş "Bahar rəngləri" adı altında sərgi keçirilmişdir

Sərgi

Novruz Bayramına həsr olunmuş "Bahar rəngləri" adı altında sərgi keçirilmişdir

Naxçıvan MR Rəssamlar Birliyinin B.Kəngərli adına Sərgi Salonunda Konstitusiya və Suverenlik ili çərçivəsində baharın müjdəçisi - Novruz Bayramına həsr olunmuş "Bahar rəngləri" adı altında sərgi keçirilmişdir.

Öncə Ulu Öndər Heydər Əliyevin və torpağımızın bütövlüyü uğrunda canlarından keçən Şəhidlərimizi  və dünən bizi tərk edən sənətşünas Ziyadxan Əliyev və Xalq rəssamı Nağdəli Xəlilovu bir dəqiqəlik sükutla yad etdik.

Sərgini giriş sözü ilə Naxçıvan MR Rəssamlar Birliyinin sədri Ülviyyə Həmzəyeva açaraq sərgi və ekspozisiya haqqında geniş məlumat verilmişdir.

Sonra, Türkiyənin Naxçıvandakı Baş konsulu Asip Kaya, Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Əhməd Vəliyev və Naxçıvan Dövlət Universitetinin İncəsənət fakultəsinin dekanı Cavid İsmayılov çıxış etmişlər.

Çıxışlardan sonra,  sərgiyə baxış olmuş və xatirə şəkli çəkdirilmişdir.

Sərgi həftə ərzində davam edir, ekspozisiyada 50 yaxın mövzuya uyğun əsər sərgilənir.

Qalereya