STİLİNİZİ SEÇİN
TEMA SEÇİN
RƏNG PALİTRASI
STİLİNİZİ SEÇİN
TEMA SEÇİN
RƏNG PALİTRASI
Gənc rəssam Səbrəli Nəbiyevin “VƏHDƏT ” adlı fərdi yaradıcılıq sərgisi keçirildi.
28 aprel tarixində "Konstitusiya və Suverenlik" ili çərçivəsində Naxçıvan MR Rəssamlar Birliyinin B.Kəngərli adına Sərgi Salonunda gənc rəssam Səbrəli Nəbiyevin “VƏHDƏT ” adlı fərdi yaradıcılıq sərgisi keçirildi.
Sərgini öz nitqi ilə Naxçıvan MR Rəssamlar Birliyinin sədri, Əməkdar rəssam Ülviyyə Həmzəyeva açdı. O, rəssamın sərgisi, yaradıcılığı və üslubu haqqında geniş məlumat verdi.
Səbrəli Nəbiyev haqqında keçən sərgilərində onun yaradıcılığı barəsində çıxış edən və bu gün aramızda olmayan sənətkarları Əməkdar İncəsənət xadimi, sənətşünas Ziyadxan Əliyevi, rəssam Eldar Zeynalovu və Fərman müəllimi video şəklində bir daha dinlədik.
Sonra, Naxçıvan Müəllimlər İnstitutunun kafedra müdiri, Ali Məclisin Deputatı, əməkdar rəssam Həbibə Allahverdiyeva, əməkdar rəssam, Naxçıvan Rəssamlar Birliyinin Heyət üzvü Telman Abdinov, Naxçıvan Musiqi və İncəsənət Kollecinin direktoru Məhəbbət Babayeva, Naxçıvan Dövlət Universitetinin Strateji İnkişaf və Keyfiyyət Təminatı şöbəsinin müdiri Sevinc Kərimova, NRB fond mühafizi, sənətşünas Nizami Alıyev çıxış edərək, gənc rəssamı təbrik etmişlər.
Sonda, Səbrəli Nəbiyevin atası və özü çıxış edərək keçirilən sərgi və yaradılan şərait üçün təşəkkür etdilər.
Səbrəli Nəbiyev 24 sentyabr 1995-ci il Naxçıvan şəhər, Əliabad qəsəbəsində doğulmuş, Naxçıvan şəhər 16 N-li tam orta məktəbdə oxumuş, Heydər Əliyev Uşaq və Gənclər Yaradıcılıq Mərkəzinin, Ərtoğrol Cavid adına UMBSM rəssamlıq sinifini bitirmişdir.
Səbrəli Nəbiyevin fərdi sərgiləri təhsil aldığı 16 N tam orta məktəbdə, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi və Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin təşəbbüsü ilə Heydər Əliyev Uşaq və Gənclər Yaradıcılıq Mərkəzində və Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına sərgi salonunda keçirilmişdir.
Gənc rəssam Naxçıvan Müəllimlər İnstitutunun Təbiət və İncəsənət fakültəsini bitirmişdir.
Yaradıcılığında müxtəlif mövzulara toxunan gənc rəssamın öz fəlsəfəsi və sürreal baxış nöqtəsi sezilir. Yağlı boya, qara qələm və s. texnikalarla əsərlər ərsəyə gətirən rəssam, hazırda axtarışdadır.
Qeyd edək ki, sərgidə gənc rəssamın 50 yaxın əsəri nümayiş olunur. Sərgi həftə ərzində davam edəcək. Giriş sərbəstdir və 20:00-ra kimi açıqdır.