STİLİNİZİ SEÇİN

TEMA SEÇİN

RƏNG PALİTRASI

Mənim Rəngli Dünyam

Sərgi

8 Aprel - Naxçıvan Rəssamlar Birliyi 'nin Bəhruz Kəngərli adına sərgi salonu növbəti gənc istedada qapılarını açdı, xeyir-duamızı verdik və yaradıcılıq uğurları dilədik😇

Gənc rəssam Ramilə Əkbərovanın “Mənim rəngli dünyam” adlı fərdi sərgisi keçirilib. Ramilə öz dünyasını əsərlərində əks etdirməyi çalışıb. Bu sərgi həmçinin onun ilk hesabat sərgisi də adlana bilərdi. Ramilə kimi bir çox gəncimizə vaxtında yol göstərərək, bu gün çiyin-çiyinə çalışırıq və müxtəlif platformalarda görüşürük. Ramiləni də aramıza gözləyirik!

Ramilə Əkbərova kiçik yaşlarından rəssamlığa olan marağı ilə seçilib. 25 iyun 2010-cu ildə Naxçıvan şəhərində anadan olan gənc istedad hazırda Naxçıvan Şəhər Ərtoğrol Cavid adına 6 nömrəli Uşaq Musiqi və Bədii Sənətkarlıq Məktəbinin şagirdidir. Peşəkar müəllimlərin düzgün istiqamətləndirməsi ilə Ramilənin rəssamlığa olan marağı daha da inkişaf edərək məqsədyönlü yaradıcılığa çevrilib. Qısa müddətdə müxtəlif sərgilərdə iştirak edən gənc rəssam öz istedadını uğurla nümayiş etdirib.

Ramiləni dəstəkləmək və təbrik etmək üçün Naxçıvan MR Ali Məclisinin deputatları, Şəhər İcra Hakimiyyətinin müavini və əməkdaşları, Naxçıvan Mədəniyyət Nazirliyinin əməkdaşları, rəssamlarımız, Ərtoğrol Cavid adına 6 nömrəli Uşaq Musiqi və Bədii Sənətkarlıq Məktəbinin şagirdləri və müəllimləri, Qızlar Liseyinln müəllim və şagirdləri, şəhər sakinləri və gənc rəssamın ailəsi iştirak edib.

Ramilə Əkbərovaya gələcəkdə uğurlar arzu edirik! 💐

Qalereya