STİLİNİZİ SEÇİN

TEMA SEÇİN

RƏNG PALİTRASI

Ülkər Əliyeva

Ülkər Əliyeva Şahin qızı 1997 - ci il Naxçıvan şəhərində  anadan olmuşam. 2004-2015-ci illər Hüseyn Cavid  adına 5 nömrəli tam orta  məktəb təhsili almış , təhsil aldığım  müddətdə bir çox  sərgi tədbirlərdə iştirak etmişəm. Qeyd edim ki, məktəbi yüksək qiymətlərlə  başa vurmuşam. 2018-2022-ci illərdə Naxçıvan Dövlət Universiteti “Rəngkarlıq” ixtisası  üzrə təhsil  almışam. Təhsil aldığım müddətcə   karikatura, natürmort, vətənpərvərlik və bir çox başqa işlərim sərgilənmişdir. Burda oxuduğum il ərzində Yeni Azərbaycan partiyasına üzv seçilmişəm. 2022-ci il. DOST  Agentliyinin təşkil etdiyi “Gümüşü İrs” təlimlərinə  qoşulmuşam. 2023-cü ildə Naxçıvan ASAN  xidmət mərkəzində könüllü olmuşam. 2025-ci ildə master 2  könüllü proqramında mühasibatlıq üzrə təcrübə keçmişəm.ASAN  xidmət mərkəzində könüllü olduğum müddətdə bir çox təlimlərə qoşulmuşam Bunlar Qrafik - dizayn təlimi yaradıcılıq konfransı və s. 2023-cü ildə Dövlət Məşğulluq Agentliyinin təşkil etdiyi Naxçıvan Karyera forumun da iştirak etmişəm. 2025-ci ildə Dövlət Məşğulluq Agentliyinin təşkil etdiyi Naxçıvan Gələcəyin Peşələri  forumunda iştirak etmişəm. Bakı şəhərində bir çox sərgilərdə iştirak etmişəm. Hal hazırda Yeni Azərbaycan Partiyasının  fəal üzvüyəm. 2026 il Naxçıvan Rəssamlar Birliyinin Gənc rəssamlar bölməsinə üzv seçilmişəm. 20 sentyabr 2025- ci il  Babək rayon Uşaq Gənclər Yaradıcılıq Mərkəzində işə başladım.  Hazırda 13 fevral 2026-ci il tarixindən  Naxçıvan Muxtar Respublikası Turist Diyarşünaslıq mərkəzində çalışıram.