STİLİNİZİ SEÇİN
TEMA SEÇİN
RƏNG PALİTRASI
STİLİNİZİ SEÇİN
TEMA SEÇİN
RƏNG PALİTRASI
Çinar Hacıyev Sahib oğlu. 2001-ci ildə Naxçıvan Muxtar Respublikasının, Ordubad rayonunda anadan olmuşdur. 2018-ci ildə Ordubad rayon M.Ə.Rəsulzadə adına Sabirkənd tam orta məktəbini bitirmişdir. Naxçıvan Müəllimlər İnstiutunda “ Təhsildə Sosial-Psixoloji xidmət” ixtisasını bitirmişdir. Naxçıvan Dövlət Universitetinin İncəsnət fakultəsində akademik məsləhətçi olaraq işləyib. Hazırda Naxçıvan Muxtar Respublikasının Ali Məclisində çalışır. Eyni zamanda 2021-ci ildən Psixo-pedaqoji fəaliyytlə məşğuldur. Təlimçidir. Naxçıvan Muxtar Respublikası Gənclər və İdman, Təhsil nazirliklərinin birgə təşkilatçılığı ilə keçirilən “Yaradıcı Gənclər Akademiyası” layihəsi çərçivəsində 5 aylıq ebru sənəti kursunu almışdır.Yeni Azərbaycan Partiyasının üzvüdür. Naxçıvan MR Rəssamlar Birliyinin Gənc Rəssamlar Şöbəsinin üzvüdür. 2022-ci ildə “Psixoloqun miniatür rəngləri” adlı fərdi sərgisi keçirilmişdir. Təltiflər: 2016-cı ildə 2015-2016-cı tədris ilində məktəbin rayon rayon tədbirlərində və ictimai işlərində fəal iştirakına görə Ordubad rayon Uşaq Yaradıcılıq Mərkəzi tərəfindən təltif edilmişdir. 2016-cı ildə 26 İyun- Azərbyacan Silahlı Qüvvələri Günü ilə əlaqədar keçirilən rəsm sərgisində xüsusi fərqləndiyinə görə Naxçıvan MR Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ordubad Şöbəsi tərəfindən təltif olunmuşdur. 2018 ci ildə 2017-2018-ci tədris ilində İncəsənət sahəsində qazandığı naliyyətlərə görə Naxçıvan MR Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən tətif edilmişdir. 2018-ci ildə Naxçıvan Müəllimlər İnstiutunda keçirilmiş rəsm sərgisində fəal iştirakına görə təltif edilmişdir. 2019-cu ildə “İlin gənc rəssamı” seçilmişdir. 2019-cu ildə Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman Nazirliyi tərəfindən keçirilən tədbirlərdə fəal iştirakına görə tətif olunmuşdur. 2019-cu ildə Naxçıvan Müəllimlər İnstiutunda keçirilən mədəni-kütləvi tədbirlərdə fəal iştirakına görə təltif edilmişdir. 2020-ci ildə İl ərzində vətəndaş cəmiyyətində uğurlu fəaliyyətinə və verdiyi xüsusi töhfəyə görə Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı tərəfindən təltif olunmuşdur. 2020-ci ildə Keçirilən rəsm müsabiqələrində və mədəni-kütləvi tədbirlərdə fəal iştirakına görə Naxçıvan Müəllimlər İnstiutunun rektoru tərəfindən təltif edilmişdir. 2020-ci ildə Gənclərin “Qış Məktəbi”ndə keçirilən tədbirlərdə fəal iştirakına görə tətif olunmuşdur. 2020-ci ildə Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman Nazirliyi tərəfindən keçirilən tədbirlərdə fəal iştirakına görə tətif olunmuşdur. 2020-ci ildə Naxçıvan şəhərində “İdman festival”ının təşkili və keçiriləməsində göstərdiyi xidmətlərə görə Muxtar Respublikasının Gənclər və İdman Nazirliyi tərəfindən tətif olunmuşdur. 2021-ci ildə “2 fevral - Gənclər Günü“ münasibəti ilə muxtar respublikanın ictimai həyatında fərqlənən istedadlı yeniyetmə və gənclərin mükafatlandırılması mərasimində “Fəal gənc” nominasiyası üzrə təltif edilib. 2021-ci ildə Naxçıvan Müəllimlər İnstiutunda tədbirlərdə fəal iştirakına görə təltif edilmişdir 2022-ci ildə “Türkiye Exclusive Ödülleri 2022” Azərbaycan layihəsində iştirakına və öz sahəsində fərqləndiyinə görə təltif edilmişdir. 2022-ci ildə “Psixoloqun miniatür rəngləri” adlı fərdi sərgisinə görə Naxçıvan Müəllimlər İnstiutunun rektoru tərəfindən təltif edilmişdir. Müsabiqələr: 2017-ci ildə “15 iyun Milli Qurtuluş Günü” münasibəti ilə “Öz dünyanı boya” adlı I respublika rəng festivalında I yerə layiq görülüb. 2020-ci ildə “Azərbaycanım” adlı III respublika uşaq festivalı çərçivəsində elan olunmuş müsabiqənin yekun sərgisində II yerə layiq görülüb. 2017-ci ildə “İdeal ailənin formulu: ənənəvi dəyərlər və müasirlik” mövzusunda IV muxtar respublika uşaqlar arasında rəsm əsəri müsabiqəsində I yerə layiq görülüb. 2017-ci ildə Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyində ustad dərslərinin yekunu olaraq Uşaq yaradıcılıq Mərkəzlərinin “Rəsm” dərnəyinin üzvləri arasında keçirilən sərgi-müsabiqədə I yerə layiq görülüb. 2018-ci ildə “İdeal ailənin formulu: ənənəvi dəyərlər və müasirlik” mövzusunda V muxtar respublika uşaqlar arasında rəsm əsəri müsabiqəsində I yer. “Silahlı münaqişələr zamanı uşaqlara qarşı zorakılıq” mövzusunda keçirilən yeddinci muxtar respublika rəsm müsabiqəsi I yerə layiq görülüb. 2018-ci ildə “15 iyun Milli Qurtuluş Günü” ilə əlaqədar muxtar respublika məktəbliləri və Uşaq Gənclər Yaradıcılıq Mərkəzlərinin dərnək üzvləri arasında keçirilən “Azərbaycanım” adlı sərgi-müsabiqədə I yerə layiq görülüb. 2018-ci ildə Naxçıvan Muxtar Respublikasında keçirilən “Xoşbəxt ailə” rəsm müsabiqəsində I yerə layiq görülüb. 2019-cu ildə Naxçıvan Muxtar Respublikasının yaradılmasının 95 illiyinə həsr olunmuş “Gənc rəssamların açıq havada pleneri” adlı müsabiqə I yerə layiq görülüb. 2019-ci ildə “Naxçıvan-95” adlı rəsm müsabiqəsində gənclər nominasiyasında I yerə layiq görülüb. 2019-cu ildə “Naxçıvan-95” adlı rəsm müsabiqəsində I yerə layiq görülüb. 2020-ci ildə “Koronovirus pandemiyası ilə mübarizə” mövzusunda keçirilən rəsm müsabiqəsi I yerə layiq görülüb. 2021-ci ildə “Xəmsə möcüzəsi” adlı rəsm müsabiqəsi I yerə layiq görülüb. 2021-ci ildə Ali təhsil müəssələrinin tələbələri arasında keçirilən “Nizami dünyası” adlı rəsm müsabiqəsi I yerə layiq görülüb. 2021-ci ildə “Gənc rəssamların incəsənət döyüşü” adlı rəsm müsabiqəsi I yerə layiq görülüb. 2022-ci ildə Yeni Azərbaycan Partiyasının 30 illik yubleyi münasibətilə “Dünənin, bu günün və gələcəyin partiyası” adlı yaradıcılıq müsaqbiqəsində I yerə layiq görülüb. 2023-cü ildə “Heydər Əliyev İli” ilə əlaqədar gənclər arasında keçirilən “ Art Battle” adlı rəsm müsabiqəsində I yerə layiq görülüb. Verlişlər: Kanal 35-də uşaqlar üçün yayımlanan “Sehli Əllər” və “Xocalı. Gənc Rəssamın fırçası ilə” verlişlərinin rəssamı olmuşdur. Naxçıvan Tv-də yayımlanan “Uğur yolu” verlişlərinin 10.02.2020-ci il tarixdəki buraxılışı və “Gəncliyin səsi” verlişinin 03.04.2021-ci il tarixdəki buraxılışı Çinar Hacıyevə həsr olunmuşdur. İştirak edilən sərgilər: 2016-cı ildə 15 sentyabr “Bilik günü”-nə həsr edilmiş ən-ənəvi keçirilən “İRS” adlı uşaq sərgisində iştirak etmişdir. 2020-ci ildə Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Gənc Rəssamlar Bölməsinin hesabat sərgisində iştirak etmişdir. Əlavə: 2017-ci ildə “Zərərli vərdişlərə yox deyək, həmişə sağlam olaq” devizi altında keçirilən yüngül atletika üzrə Ordubad rayon birinciliyində oğlanlar arasında 400 metr məsafəyə qaçış məsafəsində II yerə layiq görülüb. 2020-ci ildə Ali və orta ixtisas təhsil müəssələrinin tələbələri arasında keçirilən “Kim? Nə? Hara?”İntellektual Oyununun muxtar respublika birinciliyiliyində II yerə layiq görülüb. 2022-ci ildə “Gənclərin Yay Məktəbi” çərçivəsində keçirilən “Milli dəyərlərin innovativ-kreativ təbliği” adlı müsabiqədə I yerə layiq görülüb.